21 futbolçumuz İtaliyaya yollanacaq
31.03.2011 - 12:57
21 futbolçumuz İtaliyaya yollanacaq
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası gələn ay İtaliyaya gedəcək. Apasport.az saytının məlumatına görə, Vəli Qasımovun çalışdırdığı yığma aprelin 12-dən 18-dək Veronada təlim-məşq toplanışında olacaq, 18-dən 24-dək isə Olbia şəhərində beynəlxalq turnirdə iştirak edəcək. Qasımov İtaliyaya yollanacaq heyəti də açıqlayıb. Bunlar Rəşad Əzizov, Xanlar Zamanov, Mirsahib Abbasov, Ruslan Cəfərov, Fuad Bayramov, Aleksandr Qross (hamısı “İnter”), Orxan Sadıqlı (“Xəzər Lənkəran”), Emil Balayev, Elşən Abdullayev, Samir Rüstəmli, Kərim Diniyev (hamısı “Neftçi”), Ruslan Tağızadə (“Abşeron”), Nurlan Novruzov, Rəhman Hacıyev (hər ikisi “Bakı”), Akif Tağıyev, Qüvvət Əmrahov (hər ikisi “Turan”), Ruslan Bədəlov (“Olimpiya”, Volqoqrad, Rusiya), Rizvan Umarov, Tural Hümbətov, Azər Abbasov (hamısı “Zenit”, Rusiya) və Eldar Cankişiyevdir (“Anji”, Rusiya).