Bahodir Nasimov avrokuboklarda “Neftçi”yə kömək etməyəcək?
31.03.2011 - 14:25
Braziliyada 2014-cü il dünya çempionatının Asiya Futbol Konfederasiyası üzrə seçmə mərhələsində zona yarışlarının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, artıq yarışın ilk 2 təsnifat mərhələsinin püşkünün nəticələri məlumdur.
Bakının “Neftçi” klubunun hücumçusu Bahodir Nasimovun şərəfini qoruduğu Özbəkistan yığmasının da rəqibləri bəlli olub. II mərhələdən mübarizəyə qoşulacaq Nasimov və yoldaşları həmin mərhələdə Qırğızıstanla görüşəcək. Bu oyunlar iyulun 23-də və 28-də baş tutacaq.
Nasimov həmin oyunlara çağırılacağı halda, avrokuboklarda “Neftçi”yə kömək etməyə bilər. Çünki UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları iyulun 21-də, III təsnifat mərhələsinin ilk qarşılaşması isə 28-də keçiriləcək. “Ağ-qaralar” çempion titulunu qazanarsa, məhz bu mərhələdən yarışa başlayır. FİFA-nın əsasnaməsinə görə, seçmə oyunlara çağırılan futbolçu 4 gün əvvəl komandanın düşərgəsində olmalıdır. Bu isə o deməkdir ki, ayın 21-də “Neftçi”də, 2 gün sonra millidə oynamaq mümkün deyil.
Əgər bakılılar çempion olmayıb Avroliqaya yollanarsa, ilk 2 mərhələdə Nasimova güvənə bilər. III mərhələnin ilk oyununda Arif Əsədov Bahodirsiz keçinməlidir. Bu görüş iyulun 26-27-də oynanılacaq.

0
0