Ansi Aqolli: “Neftçi” ilə oyuna istədiyimiz kimi hazırlaşa bilməmişik
31.03.2011 - 15:46
“Milli oyunlar səbəbindən komandamızdan ayrı düşmüşdük. Ona görə də “Neftçi” ilə görüşə istədiyimiz kimi hazırlaşa bilməmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Ansi Aqolli deyib.
Albaniya yığmasının düşərgəsindən qayıdan legioner Azərbaycan Premyer Liqasının XXV turunun “Neftçi” ilə oyunu haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Amma inanıram ki, bu amil bakılılarla oyunda özünü göstərməyəcək. Liderə qarşı oynayacağıq. Bu amilin özü belə motivasiya deməkdir”.
Millisinin Belarus üzərində 1:0 hesablı qələbəsindən sonra yüksək əhval-ruhiyyədə olan 28 yaşlı müdafiəçi emosiyalarını bazar gününə saxlayacaq: “Qələbə qazanmaq hər zaman xoş duyğudur. Belarusla oyun ölkəmiz üçün çox vacibdir. Təbii ki, vacib qələbəmiz Admirlə mənə əlavə güc verəcək. Həm də axı “Neftçi” üzərində qələbə bizə çempionluq üçün şans yaradacaq. Təbii ki, çempion olmaq istəyirik. Çünki “Qarabağ”ın buna layiq olduğunu düşünürəm”.
Ansi “Neftçi”də ən təhlükəli oyunçunun Bahodir Nasimov olduğunu fikirləşir: “Neftçi”nin bu gün lider olmasında Nasimovun rolu böyükdür. Özbək forvardı bakılıların ən təhlükəli oyunçu sayıram. Azərbaycan çempionatında 15 qol vurmaq asan deyil. Düzdür, Nasimov uzun müddətdir qol vura bilmir. Amma hərəkətliliyi ilə daim müdafiəçilərə baş ağrısı yaradır, işini artıqlaması ilə görür”.
Albaniyalı meydana 3 xal üçün çıxacaqlarını bildirib: “Oyuna 3 xal üçün çıxacağıq. İnanıram ki, yüksək templi, bol qollu oyun olacaq. Hər halda çempionatın 2 lider komandası oynayacaq. Bu oyunda qələbə bizim üçün çox vacibdir. Hələlik, “Neftçi” bizdən bir addım öndə görünür. Amma bazar günü qələbə qazansaq, zənnimcə, çempionatın bir nömrəli favoriti olacağıq. Düzdür, həm “Neftçi”, həm də “Xəzər-Lənkəran” yetərincə güclüdür, amma “Qarabağ” öz oyununu göstəriciyə təqdirdə, rəqibimiz ancaq özümüz olacağıq”.

0
0