“Azərbaycandakı dünya çempionatını düşünməliyik”
31.03.2011 - 16:00
“Azərbaycandakı dünya çempionatını düşünməliyik”
“Bizim yığma sanki gənc qızlar konveyeridir. Futbolçularımız bir yaş qrupundan digərinə, oradan da əsas yığmaya keçirlər. Əsas diqqəti də bu inkişafın öz axarı ilə davam etməsinə yönəldəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Yeni Zelandiya yığmasının baş məşqçisi Pol Templ deyib.

Bir müddət U-20-də çalışdıqdan sonra yenidən U-17-yə qayıdan mütəxəssis gələn il Azərbaycanda keçiriləcək dünya çempionatı haqda düşündüyünü etiraf edib: “Həm 17, həm də 20 yaşadək olan futbolçularla çalışdığımdan onların yüksək səviyyəyə çatdırmağın yolunu bilirəm. Gələn il bizi Okeaniya, sonra dünya çempionatı gözləyir. Artıq bu yarışları düşünməliyik. Köməkçilərimi müəyyənləşdirib işə başlayacağam. 2008-ci ildə ölkəmizdə keçirilən mundialda yığmanın sükanı arxasında olmuşam. İndi Azərbaycanda keçiriləcək dünya çempionatı üçün yığmamıza namizədlər axtarmalıyıq”.