“Neftçi” məşqə 1 dəqiqəlik sükutla başladı
31.03.2011 - 16:21
“Neftçi” məşqə 1 dəqiqəlik sükutla başladı
Bakının “Neftçi” klubunun bugünkü məşqində 1 dəqiqəlik sükut olub. Apasport.az saytının məlumatına görə, komandanın məşqindən öncə 31 mart Dünya azərbaycanlılarının soyqırımı günü 1 dəqiqəlik sükutla yad edilib. Klub rəhbərliyi komandanın üzvlərinə Azərbaycan xalqının üzləşdiyi dəhşətli qətlərlə bağlı geniş məlumat verib.