İqor Mitreski oynamamağına aydınlıq gətirdi
31.03.2011 - 16:32
“İrlandiya ilə görüşdə iştirak edə bilmədim. Buna səbəb zədəli olmağım idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu İqor Mitreski deyib.
Makedoniya millisinin İrlandiya ilə rəsmi oyununa çağırılan müdafiəçi bildirib ki, "Xəzər Lənkəran"la çempionat oyununda belindən aldığı zədə ona problem yaradıb: “Oyundan sonra ağrılarım daha da artmağa başladı. Düzdür, Makedoniya yığmasının baş məşqçisi Mirsad Yonuz mənim İrlandiya ilə seçmə mərhələnin oyununda meydana çıxmağımı istəyirdi. Yığmanın həkimlərinin müayinəsindən sonra oynaya bilməyəcəyim məlum oldu. Yığmamızın düşərgəsində olduğum müddətdə zədəmi müalicə etdirdim. Hazırda komandamın hazırlıqlarında iştirak edirəm".

0
0