Rail Məlikov məşqə çıxmadı
31.03.2011 - 16:37
“Neftçi” “Qarabağ”la matçın hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, XXV turun görüşünə hazırlaşan “ağ-qaralar”ın yığmada komandalarında yer alan futbolçuları düşərgəyə qayıdıblar.
Amma komandanın kapitanı Rail Məlikov millimizin Belçika ilə son oyununda zədə aldığı üçün məşqdə iştirak edə bilməyib. Hazırda klub həkimlərinin nəzarəti altında Məlikovun müalicəsi davam etdirilir.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı aprel 3-də saat 16:00-da start götürəcək.

0
0