“Ruslan Abışov “Brügge”də oynaya bilər”
31.03.2011 - 16:40
“Ruslan Abışov “Brügge”də oynaya bilər”
“Təbii ki, oyunu çox diqqətlə izlədim. Azərbaycan yığması hücum qurmaqda çətinlik çəkirdi. Düzdür, görüşdə komandanız hesabı bərabərləşdirə bildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika millisinin sabiq futbolçusu Emil Mpenza deyib.

O, Avro-2012-nin seçmə mərhələsində keçirilən Belçika – Azərbaycan oyunu haqda fikirlərini şərəfini qoruduğu klubun saytına açıqlayıb: “Bu matçda Belçikanın qalib gəlmək ehtimalı daha yüksək idi. Ancaq, etiraf edim ki, yığmanızın belə hesabla məğlub olacağını gözləmirdim. "Neftçi"də çiyin-çiyinə oynadığım Ruslan Abışov hesabı bərabərləşdirdikdən sonra Belçika yığması oyunda sürəti artırdı. Abışovdan söz düşmüşkən, həmin oyunda Azərbaycan millisinin heyətində ən yaxşılardan biri o idi . Düşünürəm ki, Abışov Belçikanın aparıcı klublarında - "Anderlext", "Brügge" və digər klublarda rahat çıxış edə bilər".

Qeyd edək ki, Azərbaycan yığması səfər oyununda 1:4 hesabı ilə məğlub olub.
0