“Bizim futbolçuları ancaq II və III liqaya apararlar” - MÜSAHİBƏ
31.03.2011 - 17:06
Azərbaycan yığmasının futbolçusu Elvin Məmmədovun apasport.az saytına müsahibəsi
- Uzun fasilədən sonra millinin start heyətində meydana çıxdınız. Belçika ilə görüşdə həm öz, həm də komandanın oyununu necə dəyərləndirərdiniz?
- Bunu qıraqdan baxanlar desə, daha yaxşı olar. Ancaq 2-ci hissədə konkret dayandım, komandaya kömək edə bilmədim.
- Niyə?
- Bir az oyun praktikam yoxdur, fiziki cəhətdən problemim vardı. Tam səmimi deyirəm ki, ikinci hissədə yoruldum. Ancaq ilk hissədə komanda şəklində pis oynamadıq, hesabı 1:1 etdik. Ancaq 2-ci qoldan sonra komanda “sındı”, fiziki cəhətdən çatdırmadı. Bu, danılmaz bir şeydir ki, Belçika yığması həqiqətən çox güclüdür. Mən bu komandanı Avstriyadan güclü sayıram.
- Türkiyə yığmasından da?
- Bəli. Onlar “dəhşət” oynayırlar. Belçikalılar istər fərdi, istərsə də komanda şəklində çox güclüdürlər.
- Belçika ilə oyunda hakimlik də müzakirə obyekti oldu. Siz idarəçiliyi necə qiymətləndirirsiniz?
- Baş hakimin bizə simpatiyası yox idi. Bu, kənardan da görünürdü. Demirəm ki, məğlubiyyət sırf hakimin günahıdır. Sadəcə, rəqibə rəğbəti vardı. Rəqibə toxunan kimi qayda pozuntusu verir, bizə qarşı eyni şey olanda saxlamırdı.
- Əsl mövqeyiniz yarımmüdafiənin mərkəzi olduğu halda, sol cinahda oynadınız. Bu, oyununa necə təsir göstərir?
- Klubum “Qarabağ”da neçə görüşə çıxmışamsa, solda oynamışam. Yalnız “Turan”la qarşılaşmada mərkəzdə oynadım. Mənim üçün sol cinah da rahatdır. Əsas oynamaq və bunun alınmağıdır. Fərqi yoxdur, ortada, yoxsa solda.
- Brüsseldəki qarşılaşmada azsaylı yaradıcı futbolçulardan biri sizinlə Vaqif Cavadov idi. Ancaq baş məşqçi Berti Foqts hər ikinizi 2-ci hissənin ortasında dəyişməyə qərar verdi. Belə başa düşdük ki, əvəzlənməyinizi narazılıqla qarşılamadınız.
- Bəli. Çünki yorulmuşdum. 2-ci hissədə yorulduğumdan, çatdıra bilmirdim. Foqts oyun praktikam azdır deyə, məni əvəzlədi.
- “Qarabağ”da əsas heyətdə daim meydana çıxmırsınız. Bunu qış fasiləsində heyətə bir sıra futbolçuların cəlb olunması və rəqabətin böyük olması ilə əlaqələndirmək olar?
- Məncə, yığmada oynamamağımın səbəbi klubda az oynamağımdır. Geriyə baxsaq, nə vaxt klubda oynamışamsa, milliyə çağırılmışam, yaxşı da nəticə əldə etmişəm, qol vurmuşam. “Qarabağ” isə son vaxtlar uğurlu çıxış edir, “oturulmuş” heyəti var. Buna görə də kiminsə haqqını yemək olmaz. Məsələn, Vüqar Nadirov 4 oyunun hamısında məhsuldar ötürmə verir, komandaya xeyri dəyir. Baş məşqçi Qurban Qurbanov bütün bunlara görə qalib heyəti dəyişmir. O, mənə 15-20 dəqiqə şans verirsə, əlimdən gələni edirəm.
- Klubda az oynamağınız sizin üçün pis olsa da, “Qarabağ”ın ardıcıl 9 qələbə qazanması çempionluq mübarizəsində şanslarınızı artırdı. Yəqin ki, daha çox ehtiyatda qalsanız belə, komandanızın uğurlu çıxışına sevinirsiniz...
- Əlbəttə. Bizdə kimin oynamasının fərqi yoxdur. Komandamızın heyəti daha çox azərbaycanlı futbolçudan qurulduğu üçün kimin oynamağı ilə bağlı kin yoxdur. Kim istəməz ki, komandası çempion olmasın?
- Hazırda yüksəlişdə olan “Qarabağ”ın növbəti turda lider “Neftçi” ilə oyunda şanslarını necə dəyərləndirirdiniz?
- Fikrimcə, “Neftçi”dən 1 xal da götürsək, bu, bizim üçün yaxşı olacaq. Bu halda, lider xal fərqinə görə bizdən uzaqlaşmaz. “Neftçi” də çempionluq üçün əlindən gələni edir.
- “Qarabağ”la müqaviləniz cari mövsümün sonunda bitir. Bunu uzatmaq məsələsinə aydınlıq gətirdinizmi?
- İnşallah, buna maydan sonra qərar verəcəyəm. Onda bilinəcək ki, hansı klubla razılığa gələcəyəm.
- Demək olarmı ki, “Qarabağ”da daim oynamadığınızdan, getmək ehtimalınız böyükdür?
- Yox. Müqaviləni sırf o şeylərə görə bağlamaq olmaz. Hamının oynamağı ilə zəmanət yoxdur. Bunun zədəsi, cəzası var. Maydan sonra oturub, danışacağıq.
- Yəni, öncə “Qarabağ”la?
- Əlbəttə ki. Razılaşsaq, qalacağam.
- Başqa təklifləriniz varmı?
- İnşallah, Azərbaycanda olar. Ancaq konkret heç kimlə danışığa getməmişəm.
- 22 yaşınız var. Bu yaşda xaricə çıxmağı düşünürsünüz, yoxsa real təklif gəlməyib?
- Qardaş, həmişə demişəm ki, Azərbaycandan kənarda oynamaq istəyirəm. Ancaq reallıq odur ki, hansısa xarici komandadan məni istəyən yoxdur.
- Çoxlarından fərqli, özünüzü xaricdən “gələn” təkliflərlə reklam etmək istəmirsiniz?
- Bunlar boş şeylərdir. Hamısı yalandan deyir ki, mən filan yerə gedirəm. Reallıq yoxdur axı.
- Yığmamızın hansısa oyunundan sonra menecer sizinlə maraqlansa, bunu açıqlayardınız?
- Ay sağ ol. Əlbəttə, onda bunu deyərəm. Əgər getsəm, hamı biləcək ki, Elvin getdi.
- Millimiz həm də gərək yaxşı oynasın ki, futbolçu diqqət mərkəzinə düşsün. Ancaq 1:4 hesablı məğlubiyyətdən sonra hansı futbolçumuzu götürərlər?
- Bu, mümkün deyil. 1:4-dən sonra heç kim bizə yaxınlaşmaz. Fikirləşər ki, mən bu futbolçunu necə götürüm komandaya? Bizim futbolçuları ancaq II və III liqa klublarına apararlar. Ora da getməyin yeri yoxdur.
Mehman SÜLEYMANOV

0
0