Ramiz Məmmədovun ilk xal itkisi
31.03.2011 - 18:00
Ramiz Məmmədovun ilk xal itkisi
Bu gün Qazaxıstan çempionatında IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Ramiz Məmmədovun baş məşqçisi olduğu “Atırau” klubu evdə xal itirib.

Komanda turnir cədvəlində qonşusu olan Almatının “Kayrat” klubu ilə görüşdə 2:2 hesablı bərabərliyə qalıb. Məmmədovun komandasından qolları Şaffla (34-cü dəqiqə) Valentin Çureyev (53-cü dəqiqədə) vurub.

“Atırau”nu qələbədən tanınmış rus futbolçu, uzun illər Qazaxıstanın “Aktobe” klubunun heyətində “Birlik kuboku”nda bizlərə qarşı oynamış Kostantin Qolovskoy 68-ci dəqiqədə vurduğu bərabərlik qolu ilə məhrum edib. Bu, Məmmədovun yeni komandası ilə evdə ilk xal itkisi olub.

Qeyd edək ki, 4 oyundan sonra 5 xalı olan “Atırau” 6-cı pillədə qərarlaşıb və növbəti oyununu aprelin 3-də səfərdə “Kaysar”la keçirəcək.