Jorj Leekens: “Neftçi” Mpenza ilə yanaşı, məni də istəyirdi
31.03.2011 - 23:02
Jorj Leekens: “Neftçi” Mpenza ilə yanaşı, məni də istəyirdi
“Azərbaycanın “Neftçi” klubunda oynayan Emil Mpenzanı daim nəzarətdə saxlayıram. Qarşıdakı matçlarda onun yenidən yığmada oynaması da mümkündür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika millisinin baş məşqçisi Jorj Leekens deyib.

Avro-2012-nin seçmə mərhələsində Azərbaycanla oyundan sonra Belçika mətbuatının gündəmdə olan mütəxəssis növbəti açıqlamaları ilə diqqəti özünə cəlb edib. Ən maraqlısı isə Leekens “Neftçi” klubunda oynayan Mpenza haqda maraqlı fikrilər səsləndirib: “Ötən yay Emil Azərbaycandan təklif alanda, mən də onunla getməli idim. Məni həmin komandaya baş məşqçi çağırırdılar. Yaxşı şərtlər də təklif etmişdilər. Lakin Belçika yığmasından ayrıla bilməzdim”.
0