“Bakı” legionerini itirdi
31.03.2011 - 22:34
“Bakı” legionerini itirdi
Ölkə çempionatının XXV turunun “Xəzər Lənkəran”la oyununa hazırlaşan “Bakı” itki ilə üzləşib. Apasport.az saytının xəbərinə görə, “zolaqlılar”ın bu gün təlim-məşq bazasında baş tutan məşqində Fabio Luis Ramim zədələnib. Braziliyalı futbolçu Vyaçeslav Safroni ilə mübarizədə zədələndiyindən sonacan məşq edə bilməyib. Zədənin nə dərəcədə ciddi olması isə tibbi müayinədən sonra bilinəcək.