Aleksandr Starkov “Xəzər Lənkəran”la oyun öncəsi problemdən danışdı
31.03.2011 - 23:05
“Antalyada təlim-məşq toplantısı təşkil etmək yaxşı təklif idi. Çünki çempionatda 2 həftəyə yaxın fasilə yaranırdı. Biz də bu boşluqdan maksimum səmərəli istifadə etmək qərarına gəldik”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov deyib.
Paytaxt təmsilçisinin çalışdırıcısı komandasının Antalyada keçirdiyi toplanış və Premyer Liqanın XXV turunun “Xəzər Lənkəran”la oyunu ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, cənub təmsilçisi ilə oyunda onların yalnız bir problemi ola bilər: “Antalyada Türkiyə Super Liqasının iki komandası ilə yoldaşlıq oyunu keçirdik. Bu oyunlarda çempionatda az oyun keçirən və eləcə də gənc futbolçular Nurlan Novruzov, Nicat Abdullayev, Rəhman Hacıyev, Aqil Məmmədova oynamaq imkanı verdik. Onlar səviyyəli komandalara qarşı keçirilən oyunlarda təcrübə qazandılar. Güclü rəqiblərlə qarşılaşmaq komandamızın oyununa müsbət təsir göstərir. Zənnimcə, təlim-məşq toplantımız faydalı oldu. Çempionata gəlincə, “Xəzər Lənkəran” yarışın liderlərindəndir və bizə qarşı oyuna yüksək motivasiya ilə çıxacaq. Çətin görüş olacaq. Biz öz tərəfimizdən ciddi hazırlaşırıq. Bizə problem yaradacaq bir amil var ki, 4 futbolçumuz milli komandalarının düşərgəsindən yenicə qayıdıb. Onların meydana çıxıb-çıxmayacaqları hazırlıq səviyyələrindən asılı olacaq. Biz hər oyuna eyni məsuliyyətlə yanaşırıq. “Xəzər Lənkəran”la qarşılaşmada da “Bakı” azarkeşləri, klub rəhbərliyini sevindirmək üçün yaxşı oyun göstərməliyik”.
Mənbə: Klubun saytı

0
0