Avrokubok arzusunda
31.03.2011 - 23:17
Avrokubok arzusunda
“Bakı”nın yarımmüdafiəçisi Ernad Skuliç Premyer Liqanın XXV turunda “Xəzər Lənkəran”la keçiriləcək oyun barədə fikirlərini açıqlayıb. Apasport.az-ın klubun saytına istinadən xəbərinə görə, xorvatiyalı futbolçu bildirib ki, qarşıdakı oyun onlar üçün çox vacibdir: “Premyer Liqada üçüncü və ya dördüncü yeri tutmaq şansımız qalır ki, bununla da avrokuboklara vəsiqə qazana bilərik. Əlimizdən gələn hər şey edəcəyik ki, bu oyunda qalib gələn tərəf biz olaq”.