“Məşqçi toyuqdur, futbolçular cücələri”
01.04.2011 - 08:53
“Məşqçi toyuqdur, futbolçular cücələri”
İspaniyanın “Real” klubunun fəxri prezidenti Alfredo di Stefano komandanın baş məşqçisi Joze Mourinyonun müdafiəsinə qalxıb. Apasport.az saytının məlumatına görə, dünya futbolunun əfsanələrindən olan veteran heç bir titul qazanmayacağı halda belə portuqaliyalının istefaya göndərilməsini düzgün saymır.

O, baş məşqçini uğursuzluqda günahkar saymır: “Qələbə qazanan da futbolçulardır, uduzan da. Baş məşqçi isə meydandan kənarda bacardığını edir. Məşqçi bir toyuqdur ki, oyunçuları da onun cücələridir. O, həmişə cücələrinin yanında olub qayğılarına qalmalıdır”.