İbrahim Karqbo baş məşqçidən şikayətləndi
01.04.2011 - 09:24
“Bizim komandanın göstərdiyi oyunla qələbəyə layiq deyildi. Buna baxmayaraq rəqiblə müqayisədə daha baxımlı futbol nümayiş etdirirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Syerra-Leone milli komandasının kapitanı İbrahim Karqbo deyib.
Azərbaycan Premyer Liqasında çıxış edən “Bakı” klubunun şərəfini qoruyan afrikalı legioner Millətlər Kubokunun seçmə mərhələsinin Nigerlə səfər matçı (1:3) haqda fikirlərini açıqlayıb: “Final mərhələsinə çıxmaq şanslarımız hazırda çox cüzidir. Hətta demək olar ki, şansımız qalmayıb. Heyətə düşən futbolçular ilk növbədə məsuliyyəti dərk etməlidirlər. Təəssüf ki, Ştrasser, Mido, Kamara, Hacı və Vobay kimi oyunçular ümidləri tam doğrultmadı”.
Karqbo hakimdən və komandasının baş məşqçisindən də narazı qalıb: “Hakimin qərarları da əleyhimizə işlədi. Biz liderlərdən çox geri düşmüşük. Qarşıdakı bütün oyunlarda qalib gəlməliyik ki, taleyimiz digər qarşılaşmaların necə bitməsindən asılı olsun. Mərhələ adlamaq ümidimiz çox azdır”.
Karqbo Syerra-Leone yığmasının baş məşqçisi Lars-Olaf Mattsondan da şikayətlənib: “Baş məşqçi məni sag cinahda oynadırdı. Mən də özümü orada rahat hiss etmədim. Təxminən 10 illik peşəkar karyeramda burada oynamamışam. Bu dəfə sağ cinahda oynamağa razılığım vətənimə sevgimdən irəli gəldi”.

0
0