Yığmamız Buyteni “sındırdı”
01.04.2011 - 10:06
Belçika yığmasının kapitanı Daniel van Buytenə Azərbaycanla rəsmi oyun (4:1) baha başa gəlib. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Bavariya” klubunda oynayan təcrübəli müdafiəçinin millimizlə görüşün gedişində aldığı zədə ciddi olub.
Əzələsindən xəsarət alan Daniel iki həftədən sonra yaşıl meydana qayıda biləcək. Onsuz da son vaxtlar “Bavariya”nın əsas heyətində yerini itirən mərkəz müdafiəçisi bir müddət də kənarda qalmaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, Buyten yığmamızla oyunun 80-ci dəqiqəsində əvəzlənib.

- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0