“Qarabağ” “Everton”dan da güclü imiş
01.04.2011 - 10:43
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin ən güclü 403 komandasının yer aldığı cədvəldə 1 təmsilçimiz də var.
Bu, “Qarabağ” klubudur. Hesabında 81,5 xal olan ağdamlılar siyahıda 218-ci yerdədirlər. Ötən ay 245-ci olan Qurban Qurbanovun yetirmələri 27 pillə irəliləyib. “Qarabağ”ın bu bir ayda keçdiyi komandalar sırasında yığmamızın futbolçusu Araz Abdullayevin müqavilə ilə məxsus olduğu İngiltərənin “Everton” klubu da var. Britaniyalılar ötən reytinqdə öndə olduğu komandamızdan geri qalır.
Siyahıya İtaliya “İnter”i başçılıq edir – 292 xal. Planetin ən güclü komandasını İspaniya təmsilçiləri “Barselona” və “Real” izləyir – müvafiq olaraq, 290 və 264 xal.

0
0