Prinsipial tur: Tarixi rəqabətdən ölkə kubokunadək olan sınaq
01.04.2011 - 11:51
Prinsipial tur: Tarixi rəqabətdən ölkə kubokunadək olan sınaq
Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış 2 həftəlik fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, çempionatın XXV turu ilk “altılığ”ın prinsipial qarşılaşmaları ilə yadda qalacaq.

Turun mərkəzi görüşü milli çempionatın daim iştirakçıları “Neftçi” və “Qarabağ” arasında olacaq. Burada söhbət təkcə tarixi rəqabət yox, eyni zamanda, hazırda bu komandaların ilk 2 pillədə yer almasından gedir. “Qarabağ” qalib gələrsə, qələbə seriyasını 10-a çatdıracaq və lider “Neftçi” ilə xal fərqini minimuma endirəcək. “Ağ-qaralar” isə 3 xal sayəsində fərqi 7-yə yüksəldəcək.

“Bakı” və “Xəzər Lənkəran”ın da görüşləri gərgin mübarizə şəraitində keçib. Ancaq ötən mövsümdən bu prinsipiallıq daha da artıb. Bu da mövsümün sonunda keçirilən iki vacib oyunla bağlıdır.

“Zolaqlılar”a hər iki görüşdə məğlubiyyəti cənub təmsilçisini həm çempionluq, həm də kubokdan kənarda qoydu. Komandalar ilk “altılıq”da eyni nəticə göstəriblər. Yəni, bu 0:1 hesablı məğlubiyyət, ardından 1:1 hesablı bərabərlikdir və nəticədə hər ikisi final mərhələsində 1 xal qazana biliblər.

Bu komandalar cari mövsümdə kubokda da rəqib olacaq. Ancaq bu dəfə onların yolu finalda deyil, yarımfinalda kəsişəcək. Nəticədə komandalar bir ayda 4 dəfə görüşəcəklər.

Eyni sözləri AZAL-la “İnter”ə aid etmək olar. Ölkə kubokunun yarımfinalında görüşəcək paytaxt təmsilçilərinin cari mövsümün I dövrəsindəki oyunu böyük əks-səda doğurdu.

Belə ki, son çempion gözlənilmədən “təyyarəçilər”ə 0:5 hesabı ilə uduzmaqla, tarixinin ən ağır məğlubiyyətini aldı. “İnter” indi AZAL-ın qonağı olacaq. Əslində, bu arena “bankirlər”ə məxsus olduğundan, AZAL-ı nominal meydan sahibi saymalıyıq.

Sözsüz ki, ikinci “altılıq”da ən diqqətçəkən məqam Mehman Allahverdiyevlə bağlıdır. Azərbaycanın ən titullu məşqçilərindən olan 51 yaşlı mütəxəssis uzun fasilədən sonra futbola qayıdır. Uzun illər “Kəpəz”də köməkçisi olmuş Fuad İsmayılovun istefaya göndərilməsindən sonra doğma şəhərinin komandasına baş məşqçi postuna keçən Allahverdiyev qayıdışını Qəbələdə qeyd edəcək. O, qayıdışında Ceyhun Sultanov, Şahin Kərimov, kamerunlu Patris Nikeunun xidmətindən istifadə edə bilməyəcək ki, bu həmin futbolçuların cəzalı olması ilə bağlıdır.

“Qəbələ” isə eyni səbəbdən millimizin də üzvü olan Nodar Məmmədovu oynada bilməyəcək. Digər oyunlara gəlincə, MOİK cari mövsümdə yeganə qələbəsini qazandığı “Muğan”ı qonaq edəcəksə, Zaqatalada “Simurq”la “Turan” görüşəcək.

2 aprel
15:00. MOİK – “Muğan”
Bakı. “Bakı” klubunun təlim-məşq bazası
Təsnifat mərhələdəki oyunlar – 3:2, 0:1

15:00. “Qəbələ” – “Gəncə”
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
Təsnifat mərhələsindəki oyunlar – 0:0, 0:0

16:00. “Bakı” – “Xəzər Lənkəran”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 1:1

3 aprel
15:00. “Simurq” – “Turan”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Təsnifat mərhələsindəki oyunlar 2:2, 1:1

16:00. AZAL – “İnter”
Bakı. “Şəfa” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 5:0, 1:1

16:00. “Neftçi” – “Qarabağ”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 1:0

Turnir cədvəli

1

Neftçi

24

15

7

2

42-10

52

2

Qarabağ

24

15

3

6

33-14

48

3

Xəzər L

24

14

6

4

29-14

48

4

İnter

24

12

5

7

25-19

41

5

AZAL

24

10

9

5

28-17

39

6

Bakı

24

9

7

8

29-23

34

7

Qəbələ

24

9

8

7

22-16

35

8

Muğan

24

8

6

10

18-26

30

9

Gəncə

24

5

9

10

23-29

24

10

Turan

24

5

6

13

19-35

21

11

Simurq

24

3

6

15

14-37

15

12

MOİK

24

1

4

19

7-49

7


Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15