“Beşiktaş”ın futbolçusu Berti Foqtsun təyinatından danışdı
01.04.2011 - 12:30
“Beşiktaş”ın futbolçusu Roberto Hilbert Almaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, almaniyalı legioner formasını geyindiyi klubun baş məşqçisi ilə bağlı sualı da cavablandırıb. O, bu vəzifələri icra edən Tayfur Havutçunu yayda əvəzləyəcək mütəxəssis, həmyerlisi olan Berti Foqtsun mümkün təyinatına da münasibət bildirib: “Baş məşqçi postuna həmyerlimin gətiriləcəyi ilə bağlı heç nə deyə bilmərəm. Açığını deyim ki, bu məsələdən heç xəbərim də yoxdur. Əslində, bu haqda danışmağım da düzgün deyil. Bu sualı klub rəhbərliyinə verin”.
0
0