Aleksandr Səmədov yığmamızı seçmədiyi üçün peşman deyil
01.04.2011 - 12:53
Moskva “Dinamo”sunun futbolçusu Aleksandr Səmədov milli komandamızı seçmədiyi üçün peşman deyil. Apasport.az saytının məlumatına görə, 27 yaşlı soydaşımız tarixi vətəni Azərbaycanı deyil, vətəndaşlığını daşıdığı Rusiyanı üstün tutdu. 2004-cü ilə bu iki ölkə arasında uzun müddət seçim edən Səmədov sonda milli komandamızda oynamaq istəmədi. O, rus həmkarımızın bununla bağlı sualını cavablandırıb: “Həmin Rusiyanın gənclər yığmasının təklifini qəbul etdiyimə görə təəssüflənmirəm. Hərçənd, bu seçim mənim üçün çox çətin oldu”.
Qeyd edək ki, Aleksandr yaşı ilə əlaqədar U-21-də çıxışını bitirdikdən sonra Rusiyanın əsas yığmasına çağırılmadı.
Qeyd edək ki, Aleksandr yaşı ilə əlaqədar U-21-də çıxışını bitirdikdən sonra Rusiyanın əsas yığmasına çağırılmadı.
0
0