Bosniya və Herseqovina ağır sanksiya ilə üzləşdi
01.04.2011 - 13:24
Bosniya və Herseqovina sanksiya ilə üzləşib. Apasport.az saytının məlumatına görə, FİFA və UEFA-nın birgə yaydığı bəyanatda bu ölkəni üzvlüyündən çıxardığını bildirib.
Bununla da bosniyalılar həm yığma, həm də klub səviyyəli bütün beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Bununla yanaşı, bosniyalı futbolçular beynəlxalq yarışlarda iştirakdan məhrum olurlar.
Ağır sanksiyaya səbəb isə bu ölkənin futbol rəhbərliyindəki vəziyyətin FİFA və UEFA-nı narazı salmağıdır. Belə ki, federasiyaya 3 prezident (bosniya müsəlmanı, xorvatiyalı, serbiyalı) rəhbərlik edir. Beynəlxalq futbol qurumları bu sistemin standarta uyğun gəlmədiyi üçün bir rəhbər seçməyi federasiyadan tələb etsə də, bu, reallaşmayıb. Federasiyanın baş assambleyasında heç bir dəyişiklik qəbul edilməyib.
Bosniya və Herseqovina yığması Avro-2012-nin seçmə mərhələsində Fransa, Belarus, Albaniya, Rumıniya, Lüksemburqla birgə D qrupunda yer alıb və 7 xalla 4-cü yerdə gedir.
Qeyd edək ki, vaxtilə FİFA və UEFA Azərbaycanı 2002-ci ildə 2 illiyə analoji cəzaya məruz qoymuşdu.

0
0