Əliyev, Jaba və Savinov
01.04.2011 - 13:57
Azərbaycan Premyer Liqasının XXV turu bir sıra futbolçular üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, yubileyi ötən turdan təxirə salınan Mahmud Qurbanovla (“Bakı”) Samir Əliyevə (“Simurq”) qoşulan oyunçular da qarşıdakı matçı gözləyirlər.
Mahmud 400, Samir 250-ci dəfə çempionat oyununa çıxmağın intizarındadırsa, digərləri nisbətən kiçik rəqəmi hədəfləyib.
“Neftçi” ilə görüş “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqovun 200-cü matçı olacaq. “Xəzər Lənkəran” önünə çıxacaq Mahmud kimi onun komanda yoldaşları Aleksey Savinov və Jaba da yubiley qeyd edəcək.
Onlar Premyer Liqada 50-ci oyunun iştirakçısı olacaqlar. “Simurq” – “Turan” oyunu da 3 yubileylə əlamətdar olacaq. Samirlə yanaşı, onun komanda yoldaşı Qərib İbrahimov, həmçinin rəqib qismində meydana çıxacaq Muammer Erdoğdu da əlamətdar matçın iştirakçısı ola bilər. Bu 2 oyunçu, həmçinin “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev indiyədək 49 qarşılaşmanın iştirakçısı olub.

0
0