“Azərbaycanla oyundan sonra aydın oldu ki...”
01.04.2011 - 15:47
“Azərbaycanla oyundan sonra aydın oldu ki...”
“Avstriya və Azərbaycan milliləri ilə oyunlardan sonra aydın oldu ki, bizim Avro-2012-ə yenidən çıxmaq şansımız yaranıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika yığmasının futbolçusu Nikolas Lomberts deyib.

Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri rəsmi oyunda 90 dəqiqə meydanda olan “Zenit”in müdafiəçi final mərhələsinə çıxacaqlarına nikbin baxır. Onun fikrincə, yığmamıza qalib gələndən sonra xal ehtiyatını 10-a çatdıran Belçika A qrupunda 2-ci yer uğrunda mübarizəyə qayıdıb: “Növbəti oyunumuz olan Türkiyə yığması ilə görüş bizim üçün həlledici olacaq. Əlbəttə, 5 xal geri qaldığımız lider Almaniyaya çatmaq artıq çətindir. Ancaq 2-ci yer uğrunda hələ mübarizə aparacağıq”.