“Barselona”nın məşqçiləri həmyerlilərimizə dərs keçəcək
01.04.2011 - 15:59
“Barselona”nın məşqçiləri həmyerlilərimizə dərs keçəcək
Ukraynanın “Şaxtyor” klubu Şərqi Avropada ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, Donetsk təmsilçisi regionda uşaq məşqçiləri üçün ilk konqresin təşkilatçısı kimi tarixə düşəcək. Klubun 75 illik yubileyinə həsr olunan tədbir sabah başlayıb 2 gün davam edəcək.

Tədbirdə əsas məqsəd mütəxəssislər arasında təcrübə mübadiləsidir. “Ayaks” (Hollandiya), “Barselona” (İspaniya), “İnter” (İtaliya) və “Şaxtyor”un uşaq futbol akademiyasının məşqçiləri konqresə dəvət olunan qonaq məşqçilərə öz təcrübələrindən danışacaq, lazımi məsləhətlər verəcək. Dəvət olunan 185 məşqçi arasında bir sıra Şərqi Avropa ölkələrindən olan çalışdırıcılar var. Onlar arasında Azərbaycan da təmsil olunub.