“Anji” həmyerlimizi təbrik etdi
01.04.2011 - 16:21
“Anji” həmyerlimizi təbrik etdi
Bu gün Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqovun ad günüdür. Apasport.az saytının məlumatına görə, bu ilin yanvarından Rusiyanın “Anji” klubunun əsas komandasında məşqçi çalışan həmyerlimizin 52 yaşı tamam olur.

Sadıqov növbəti doğum gününü Mahaçqalada qeyd edir. “Anji”nin rəsmi saytı təcrübəli çalışdırıcımızı ürəkdən təbrik edərək, ona uğurlar, xoşbəxtlik və bütün planlarının reallaşmasını arzulayıb. Biz də təbriklərə qoşuluruq.