Cahangir Həsənzadə kuboku düşünmür
01.04.2011 - 17:32
Cahangir Həsənzadə kuboku düşünmür
“Gərgin oyun olacaq. Hər iki komanda iddialıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın qapıçısı Cahangir Həsənzadə deyib.

XXV turda üz-üzə gələcək AZAL və “İnter”in əvvəlcə Şüvəlanda inşa edilən AZAL-ın stadionunda qarşılaşacağı bildirilsə də, sonradan oyunun “Şəfa”da baş tutacağı açıqlandı. Buna səbəb Şüvəlandakı stadionun qazla təmin edilməməsi olub. Nəticədə “təyyarəçilər”in doğma meydanda debütü növbəti tura qalıb. Buna baxmayaraq, Həsənzadə “Şəfa”nı özləri üçün yad hesab etmir. Oyunun çətin keçəcəyinə şübhə etməyən qapıçı son nəticələrin uğursuz olmasının da komandalara təsiri olacağını vurğulayıb: “Hər iki komandanın son oyunlardakı nəticələri heç də ürəkaçan deyil. Buna görə də, həm onlar, həm də biz 3 xal üçün meydana çıxacağıq”.

Maraqlıdır ki, hər iki komanda ölkə kubokunun yarımfinalında da üz-üzə gələcəklər. Ancaq qapıçı həmin oyun haqda indidən düşünmədiklərini qeyd edib: “Bu, çempionat oyundur. Hazırda indiki matç haqda düşünürük. Kubok oyununa vaxtı çatanda hazırlaşacağıq”.