“Bu dəfə heç-heçə olmayacaq”
01.04.2011 - 17:53
“Bu dəfə heç-heçə olmayacaq”
“Bizim üçün 6 xallıq oyundur. Səfərdə oynamağımıza baxmayaraq, məqsədimiz qələbə qazanmaqdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın kapitanı Vurğun Hüseynov deyib.

Premyer Liqada əsas diqqət ilk “altılıq”ın oyunlarına yönəlsə də, çempionatda qalmaq uğrunda da gərgin mübarizə gedir. MOİK-in elita ilə vidalaşacağı dəqiqləşsə də, ikinci vəsiqənin sahibi müəyyənləşməyib.

“Simurq” təhlükəli zonada qərarlaşsa da, “Turan”a çatmaq şansı var. Təbii ki, 6 xallıq fərqi əritmək üçün Zaqatala təmsilçisi ilk növbədə bazar günü baş tutacaq oyunda qələbə qazanmalıdır. Ancaq Tovuz futbolçuları da meydana 3 xal üçün çıxacaqlar: “Xal fərqini 9-a çatdırmaq istəyrik. Həm də turnir cədvəlində “Gəncə”ni geridə buraxmaq haqda düşünürük. Psixoloji cəhətdən də komanda yaxşı vəziyyətdədir. Ardıcıl 2 qələbə özünü inamı artırıb”.

Maraqlıdır ki, car çempionatın əsas mərhələsinə bu komandaların duelində qalib müəyyənləşməyib. Zaqatalada baş tutan oyun 2:2, Tovuzdakı görüş isə 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov bu dəfə heç-heçələr seriyasının qırılacağına əmindir: “Bu dəfə heç-heçə olmayacaq. Çünki biz qələbə qazanacağıq”.