MOİK-in futbolçusu: Bizim federasiyada hansısa ağılsızlar işləyir
01.04.2011 - 18:11
“Gözlənilən idi. Bu, sadəcə ağılsızlıqdır”. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, bu sözləri Bosniya və Herseqovina yığmasının futbolçusu Elver Raximiç deyib.
Moskva MOİK-ində forma geyinən Raximiç ölkəsinin FİFA və UEFA üzvlüyündən çıxarılmasına münasibət bildirib: “İnsanlar sadəcə başları ilə fikirləşmirlər. Bizim federasiyada hansısa ağılsızlar işləyir. Onlar futbolumuza köməklik də etmirlər. Bəlkə bütün bu adamları qovsalar, biz rahat işləyə bilərik. Əlbəttə, bu futbolu çox sevən xalqımız üçün pis haldır. Ümid edirəm ki, hər şey yenidən dəyişəcək və biz Avro-2012-nin seçmə mərhələsində iştirakımıza davam edəcəyik”.
Qeyd edək ki, Bosniya və Herseqovina bu gündən həm yığma, həm də klub səviyyəli bütün beynəlxalq turnirlərdən kənarlaşdırılıb.

0
0