Toni Adams xələfinin adını açıqladı
01.04.2011 - 23:02
Toni Adams xələfinin adını açıqladı
“Qəbələ”nin baş məşqçisi Toni Adams xələfinin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Eurosport” kanalına açıqlama verən 44 yaşı ingilis mütəxəssis uzun illər formasını geyindiyi “Arsenal” klubu haqda danışıb.

O, “Arsenal”ın gənc futbolçusu Cek Uilşerin kapitanlığa layiq olduğunu bildirib: “Onun gələcəkdə “Arsenal”ın kapitanı olacağına inanıram. 19 yaşlı futbolçu mütəmadi olaraq əsas heyətdə yer alır. Bu il əla mövsüm keçirir. Qazanmağı sevən, texnikalı, ağıllı və oyunu öz üzərinə götürmək bacarığına malikdir. Bütün bu xüsusiyyətlərə görə kapitanlığa layiq olduğunu düşünürəm. Onu kapitan kimi görmək məni də xoşbəxt edər”.

Adams həmkarımızın “Premyer Liqanın ən yaxşı hücumçusu kimdir” sualına birmənalı olaraq, Ueyn Runinin adını çəkib.