Rəşad Abdullayev: Bizə də heç-heçə sərf edir
01.04.2011 - 23:05
“Bizə də heç-heçə sərf edir. Çünki onlardan 4 xal çox toplamışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev deyib.
Sabah ən yaxın izləyicisi ilə qarşılaşacaq paytaxt təmsilçisi ən pis halda rəqiblə aradakı xal fərqini qorumağa çalışacaq. Oyunun hazırlığını bu gün keçiriləcək məşqlə yekunlaşdıracaq “ağ-qaralar” cari mövsümdə məğlub olmadıqları “Qarabağ”ı üstələməyin planlarını cızacaq. Rəqib haqda danışarkən Abdullayev bunları deyib: “Qarabağ” güclü komandadır. Oyunçuları 2-3 ildir bir yerdə çıxış edirlər. Xətlər arası əlaqə də yüksək səviyyədədir. Bir-birilərini yaxşı başa düşürlər. Bu cür komanda ilə dueldə tam heyətlə irəli atılmaq düzgün deyil. Məğlub olmaqdansa, bir xal qazanmaq daha yaxşıdır”.
Final mərhələsində komandaların ehtiyatlı davrandıqlarını da vurğulayan 29 yaşlı futbolçu bunun nəticəsi kimi azarkeşlərin bol qollu oyunlar izləyə bilmədiyini vurğulayıb: “İndi ilk “altılıq”da elə oyunlar var ki, heç-heçə etməklə də çempion olmaq mümkündür. Elə mərhələdir ki, bütün komanda ilə hücuma atılmağımız mümkün deyil. Fikir verirsinizsə, bütün komandalar ehtiyatlı oynayır. Bunun nəticəsidir ki, elə də çox qol vurulmur. Heç kim tam gücü ilə irəli atılmır. Çünki “qızıl xallar” mərhələsidir”.

0
0