İlk görüş sonacan oynanılmadı
02.04.2011 - 11:50
İlk görüş sonacan oynanılmadı
Almaniya Bundesliqasının XXVIII turunun ilk oyunu qalmaqalla yekunlaşıb. Apasport.az saytının məlumatına görə, “Sankt-Pauli”nin “Şalke”ni qonaq etdiyi matç sona çatdırılmayıb.

Buna səbəb 89-cu dəqiqədə tribunalarda çaxnaşmanın yaranması olub. Belə ki, 0:2 hesabı ilə geridə olan ev sahiblərinin azarkeşləri meydana kənar əşyalar atmağa başlayıblar. Onların atdığı plastik stəkanın isə yan hakimin boynuna dəyməsi qarşılaşmanın yarımçıq dayandırılması ilə nəticələnib. Ancaq matçın hesabı qeydə alınıb və “Şalke”yə qələbə verilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, meydan sahibləri buna kimi qapılarından 2 qol buraxmaqla yanaşı, 2 qırmızı vərəqə də alıblar.