“Qalatasaray”ın prezidenti postuna namizəd ilk transferinin adını açıqladı
02.04.2011 - 13:25
“Qalatasaray”ın prezidenti postuna namizəd Ünal Aysalın ilk transferinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu barədə onun köməkçisi Adnan Öztürk məlumat verib.
Öztürk bildirib ki, artıq ilk keçidi həll ediblər. Fransanın “Soşo” klubunda forma geyinən 22 yaşlı Marvin Martinlə danışıqlar yekunlaşıb. O, “Yeni Riberi” ləqəbi ilə tanınan yarımmüdafiəçinin komandaya 5 milyon avroya başa gələcəyini də bildirib.
Qeyd edək ki, Aysal aprelin 24-də baş tutacaq seçkilərdə “Qalatasaray”ın yeni prezidenti postuna seçiləcək 1 nömrəli namizəd hesab edilir. O, bu vəzifəyə gələcəyi halda, ilkin olaraq 100 milyon Türkiyə lirəsi xərcləyəcəyini deyib.

- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0