Rövnəq Abdullayev: Bu, bütün dünyanın bəlasıdır
02.04.2011 - 13:49
“İdman mərc oyunlarının rəsmiləşdirilməsini müsbət haldır”. Apasport.az saytının xəbərinə görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
O bildirib ki, ölkəmizdə “Topaz”ın rəsmi fəaliyyətə başlaması idmanın inkişafına öz töhfəsini verəcək: “Onsuz da bu oyunlar “qara bazar”da gedirdi və kimlərsə bundan pul qazanırdı. Bunun da idmana heç bir xeyri yox idi. Halbuki, bunu şəffaf etmək, dövlətə vergi ödəmək və vəsaitin bir hissəsinin isə idmana sərf olunması daha düzgündür. Bunu “qara bazar”da əli olanlar istəmirdilər”.
AFFA prezidenti idman mərc oyunları ilə əlaqədar futbol oyunlarının satıla biləcəyini də istisna etməyib: “Bu, bütün dünyanın bəlasıdır. Bir qədər əvvəl UEFA-nın prezidenti Platini də etiraf etdi ki, əsas problem budur”.
Abdullayevin sözlərinə görə, AFFA belə halların qarşısını almaq üçün əsas diqqəti hakimlərin səviyyəsinin yüksəldirilməsinə yönəldib: “Bununla əlaqədar müxtəlif nəzarət mexanizmləri də qurulub. Artıq hakimliklə yanaşı, şübhələr də araşdırılır. Burada əsas məsələ ədalətli hakimliyi təmin etməkdir. Qalan məsələlər asandır”.

0
0