“Onlar indi “lyubimçik” olublar”
02.04.2011 - 23:01
Azərbaycan yığmasının sabiq müdafiəçisi, hazırda “Şəmkir” klubunun formasını geyinən Ruslan Abbasovun apasport.az saytına müsahibəsi
- Bir vaxtlar iddialı klublarda forma geyinməyinizə baxmayaraq, indi I divizionun ortabablarından sayılan “Şəmkir”də çıxış edirsiniz. Bu komandanı seçməyiniz nə ilə bağlıdır?
- Ötən mövsüm “Turan”ın uğurları üçün çalışdıq. Çempionat başa çatdıqdan sonra isə komandaya lazım olmadığımız ortaya çıxdı. Nəticədə cari mövsümün birinci yarısını klubsuz qaldım. Təbii ki, futbolçu daim oynamaq istəyir. Yəni, bu vəziyyət heç də yaxşı deyildi. Ona görə də qışda qərara gəldim ki, formamı saxlamaq, eləcə də, oyun təcrübəsi baxımından geri düşməmək üçün çempionatın sonuna qədər “Şəmkir”in formasını geyinim. Yayda necə olacağını isə zaman göstərəcək.
- Komandada hazırda vəziyyət necədir?
- Normal. Yaxşı uşaqlar var. Əksəriyyəti potensialı olan gənclərdir. Mən də daxil olmaqla, heyətdə bir neçə təcrübəli futbolçu var. Çalışırıq ki, komandanı turnir cədvəlində yüksək yerlərə qaldıraq. Yəni, fasiləyə qədər “Şəmkir” autsayderlər qrupunda yer almışdı. İkinci dövrədə bir qədər irəliləyiş var.
- Bir ara komandanın maddi durumunun heç də yaxşı olmadığı deyilirdi. Hazırkı vəziyyət sizi qane edirmi?
- Klub rəhbərliyi futbolçuların normal məşq keçməsi, qidalanması üçün əlindən gələni edir. Deyə bilmərəm ki, şərait Premyer Liqa klublarındakı kimidir. Əsas odur ki, klubun inkişaf etməsinə çalışırlar.
- Əvvəllər iddialı komandalarda daha güclü klublara qarşı forma geyinmisiniz. Ancaq aşağı dəstədə 3-4 komandanı çıxmaq şərti ilə istənilən rəqabət yoxdur. Əksəriyyəti eyni səviyyəlidir. Bu sizi darıxdırmır?
- Burda da vaxtilə Premyer Liqada oynamış uşaqlar var. Neyləyək, boş oturmaqla nəsə əldə etmək mümkün deyil. Oynamaq üçün bu variantı seçdik. İnşallah, yayda yenidən elita klublarından birinə keçər, hələ futbolçu kimi tükənmədiyimizi sübut edərik.
- Bəs qışda hansısa klubdan təklif almışdınızmı?
- Söz-söhbət olsa da, özümə müraciət edən olmamışdı.
- Necə düşünürsünüz, harada səhv buraxdınız ki, indi iddialılar bir yana, heç Premyer Liqanın digər klubları da sizə maraq göstərmədi? Halbuki “Neftçi”nin heyətində sabit oyununla seçilirdiniz. Heç “Turan”da da zəif çıxış etmirdiniz. Bəs niyə belə oldu?
- Düzdür, səhvlərimiz olub. Bunu danmıram. Ancaq ən böyük səhvim onda oldu ki, paytaxt klublarına yox deyib, “Turan”ı seçdik. Halbuki, AZAL-la da müqavilə bağlaya bilərdim. Ancaq Tovuzu seçdim. Sonda da bizə belə qiymət verdilər. Klub tərəfindən bu cür münasibəti heç vaxt gözləməzdim. Yenə deyirəm, ən böyük səhvim paytaxtdan rayona dönməyim oldu.
- Belə çıxır ki, Bakıda oynayanda daha çox diqqət mərkəzində olursunuz. Ancaq rayonda yada salan olmur.
- Diqqətdən kənarda qalmırdım. Mətbuat yenə əlaqə saxlayır, maraqlanırdı. Burda da normal çıxış edirdik. Komandaya da kömək etdik. Ən azından tovuzlu olmağımızı, “Turan”a faydamızı nəzərə almalı, bunu qiymətləndirməli idilər. Çox təəssüf ki, bunun əksi ilə qarşılaşdım.
- Yayda komandaya götürülməməyinizi nə ilə əsaslandırdılar, səbəb nə oldu?
- Heç bir səbəb göstərmədilər. Bu, bizim üçün də qaranlıqdır. Bu qədər zəhmət çəkdik, bizə belə “sağ ol” dedilər. Halbuki, biz gələndə komanda dağılmışdı, çempionatda düşmək üzrə idi. Çalışdıq, oynadıq, əmək sərf etdik və “Turan”ı çempionatda saxladıq. Komandaya kömək edən oğlanlar qaldı qıraqda, üzünü bu tərəfə çevirməyənlər isə indi “lyubimçik” olublar.
- Çətin günün ömrü az olur. Yəqin ki, bu günlərdə kimin-kim olduğunu müəyyənləşdirmisiniz?
- Hansı klubun formasını geyinməyimdən asılı olmayaraq, başımı aşağı salıb futbol oynamışam. Kiminsə arxasınca danışmamışam, qruplaşma yaratmamışam. Adamı yandıran odur ki, bizdə tovuzlulara qiymət vermirlər. Gəlib əziyyət çəkirsən, sonra da qapını göstərirlər. Bu gün komandadan uzaqlaşdırıblar, acımdan ölmürəm ki. Dolanışığım var. Ancaq bu hərəkət onlara yaraşmırdı. Heç öz uşaqlarımız da durub demədilər ki, o oğlanlar komandanın dar günündə burda olublar, gəlin onları geri qaytaraq.
- Bəs rəhbərliklə görüşmədinizmi?
- Xeyr. Bu işdə Musa müəllimin (“Turan”ın prezidenti Musa Süleymanov) əli olduğuna inanmıram. Əgər səhvimiz var idisə, bunu deməli idilər. Qış fasiləsinə yaxın Musa müəllim məni komandaya dəvət etdi və məşqlərə qatılırdım. Naci Şensoy gəldikdən sonra nə baş verdiyini bilmədim. Yenidən kənarda qaldım. Əslində, Şensoy məni komandaya qaytaracağını demişdi. Sonra söz-söhbət çıxmadı. Yenə deyirəm, “Turan”ın ümidinə qalmamışıq. Halbuki, biz Tovuz futbolu naminə karyeramı məhv etdim.
- Oyunları izləməyə necə, gedirsinizmi?
- Əlbəttə gedirəm. “Turan” Tovuzu təmsil edir. Kiminsə şəxsi mülki deyil ki.
- Azarkeşlər sizi hər zaman “Qızıl oyun”da “Xəzər Lənkəran”ın qapısına vurduğun qolla xatırlayırlar. O, anlar yaddan çıxıb, yoxsa?
- Yaxşı günlərim “Neftçi”də olub. Bu klubda çıxış etməyimə görə fəxr edirəm. Məni Azərbaycan futboluna məhz “Neftçi” tanıtdı. Həmin anı isə unutmaq mümkün deyil. Oyuna xüsusi hazırlaşmışdıq. Top qarşımda yerə düşdü. Zərbə endirdim və “çərçivə”ni dəqiq nişan aldım.
- Futbolçu kimi həmin zirvəyə yüksəlməyinizdə ən çox kimlərin əməyi olub?
- “Turan”ın yaradıcısı və prezidenti olmuş Vidadi Əhmədovun və təcrübəli mütəxəssis Kazbek Tuayevin əməyini heç vaxt unuda bilmərəm. İnandılar və məni “Neftçi”yə apardılar. Çalışdım etimadlarını qoruyum.
- Hazırkı üzləşdiyin vəziyyət daha səbrli və psixoloji cəhətdən hazırlıqlı olmağınızı tələb edir. Özünüzü hazır sayırsınızmı?
- Bu gün çempionatımızda çıxış edən legionerlər bizdən heç də üstün deyil. Onların gəlməyindən, gəlməmələri daha yaxşıdır. Əcnəbilərə bu qədər marağın göstərilməsi hardan qaynaqlanır, anlaya bilmirəm. Elə “Turan”ın özündə lazımsız legionerlər çoxdur. Əvəzində yerli uşaqlar oynasalar, daha faydalı ola bilərdi.
- Bunu yerli futbolçuların daha çox pul istəməsi ilə əlaqələndirirlər.
- Yerlilər çox pul istəmirlər. Eyni zamanda yerli uşaqlar verilən pul niyə onların gözünə bu qədər çox görsənir. Daha yaxşı, öz həmvətənlərimizin dolanışığı yaxşılaşır. Bizdən qat-qat zəif legionerlərə xərclənən pulların qarşılığında nə qazanılır? Bizim futbolçuların hamısı kasıb ailədən çıxıblar. Bu gün onların qazandıqları pulla təkcə öz ailələri deyil, yaxın qohumları da dolanırlar. Bunun nəyi pisdir.
- Özünüz üçün şərait qura bilmisinizmi?
- Şükür Allaha, normal dolanırıq. Ancaq futboldan ayrı düşmək istəmirəm. Futbolu atası yaşımız deyil. Legionerlər var 35-36 yaşı var.
- Yayda yenidən Premyer Liqa klublarından dəvət almasanız, nə edəcəksiniz?
- Bu haqda indidən danışmayaq. Oynamaq istəyirəm. Məşqçi işləyəsi vaxtım deyil. “Neftçi”də həmişə yüksək yerlər uğrunda oynamışıq deyə, indi çempionatda qalmaq uğrunda, eləcə də həvəskar səviyyədə futbol oynamaq çox çətindir. Görək də, qismət nədir, o da olacaq.

0
0