Azərbaycanlı futbolçular üçün biabırçılıq!
04.04.2011 - 11:25
Azərbaycanlı futbolçular üçün biabırçılıq!
Azərbaycan Premyer Liqasının XXV turu ölkəmizdə çıxış edən legionerlərlə yerli futbolçular arasında səviyyə fərqini ortaya qoyub. Apasport.az saytının məlumatına görə, məhsuldarlığı ilə seçilməyən turda vurulan bütün qollara əcnəbilər imza atıb. “Qəbələ”nin rusiyalı futbolçusu Murad Hüseynov Azərbaycan yığması üçün milliləşsə də, onun legioner olması hamıya məlumdur.

Yerli və legionerlər arasındakı fərq mükafatlar uğrunda mübarizə aparan ilk “altılığ”ın oyunlarında daha qabarıq hiss olunur. Bu qrupun oyunlarında cəmi 12 top vurulub ki, onlardan yalnız birinə yerli oyunçu – Rauf Əliyev imza atıb.

Digər 11 qol isə gəlmələrin hesabındadır. Elə bu 11:1-lik fərq də yığmamızın uğursuzluqlarının kökündə dayanır. Braziliyalılar Rodriqinyo ilə Flavinyonun, gürcüstanlı Adamiyanın hərəyə 2 dəfə fərqləndiyi 3 turda bolqar Enjo Krastovçev, gürcü Nuqzar Kvirtiya, syerra-leoneli Julius Vobay, braziliyalı Jaba və litvalı Robertas Poşkus hərə 1 dəfə fərqləniblər.