Berti Foqts klubsuz futbolçunu milli komandaya dəvət etdi
04.04.2011 - 12:27
Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına hazırlaşır. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts aprelin 11-dən 14-dək Bakıda keçirəcəyi toplanışa 28 futbolçu çağırıb.
Almaniyalı mütəxəssis Belçika ilə son rəsmi oyuna açıqladığı 21 futbolçunun hamısına dəvət göndərib. Bura “Anji”dən kənarlaşdırıldıqdan sonra klubsuz qalan Mahir Şükürov, son anda zədə üzündən səfərə aparılmayan Samir Abasov və həmin problem üzündən Brüsseldəki görüş öncəsi evə göndərilən Elnur Allahverdiyev də aiddir.
Qalan 7 futbolçudan yalnız Qara Qarayev debütantdır. Foqts zədəsi sağaldan Maksimlə yanaşı, Əfran İsmayılovla Amit Quluzadəni milliyə qaytarıb.
“Qəbələ”də birgə oynayan Arif İsayevlə Murad Hüseynov yığmamızın Dubay toplanışına aparılaraq, Macarıstana 0:2 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə iştirak etmişdi. Foqts son 2 oyunda meydanı qolsuz tərk etməyən Murada yenidən şans verməyi qərara alıb. O, Belçika ilə oyun öncəsi narazı qaldığı Elnur Abdullayevi də yenidən sınayacaq. Elnur də həmin 2 futbolçu kimi Dubay toplanışına aparılsa da, macarlarla oyunda ehtiyatda qalmışdı.
Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Fərhad Vəliyev (“Qarabağ”), Andrey Popoviç (“Abşeron”)
Müdafiəçilər: Rəşad Sadıqov, Qara Qarayev, Maksim Medvedev (hamısı “Qarabağ”), Saşa Yunisoğlu (“Qəbələ”), Vladimir Levin (“İnter”), Vurğun Hüseynov (“Turan”), Rail Məlikov (“Neftçi”), Cəmşid Məhərrəmov (“Bakı”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”)
Yarımmüdafiəçilər: Ruslan Abışov, Cavid Hüseynov, Araz Abdullayev, Amit Quluzadə (hamısı “Neftçi”), Rahid Əmirquliyev, Elnur Abdullayev (hər ikisi “Xəzər Lənkəran”), Aleksandr Çertoqanov (“İnter”), Mahir Şükürov (klubsuz), Əfran İsmayılov, Elvin Məmmədov, Samir Abasov (hamısı “Qarabağ”), Arif İsayev (“Qəbələ”)
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (“Qarabağ”), Vaqif Cavadov (“Bakı”), Murad Hüseynov (“Qəbələ”).

0
0