Viktor İbekoyi: Biz müdafiəyə meylli futbol oynamırıq
04.04.2011 - 13:14
“İnter” güclü komanda olsa da, biz onlardan zəif deyilik. Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanacağımıza əmin idik. Çünki hazırlığımız yüksək səviyyədə idi”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun yarımmüdafiəçisi Viktor İbekoyi deyib.
Gəldiyi gündən komandasının aparıcı futbolçularından birinə çevrilən nigeriyalı legioner “İnter”lə görüşdə də iş başında idi. Qazanılan qələbədən məmnun olan yarımmüdafiəçi rəqibin heç də zəif komanda olmadığını vurğulayıb: “Rəqibin pis oynadığını deyə bilmərəm. Onlar da çalışdılar. Hər iki komanda cəhd göstərsə də, xoşbəxtlik bizim tərəfimizdə oldu”.
İkinci hissədə bir qədər zəif təsir bağışlamalarına aydınlıq gətirən İbekoyi bunun taktiki gediş olduğunu qeyd edib: “Hesabda irəli olduğumuza görə qapalı oynamağa və hesabı qorumağa çalışdıq. Bu, ağıllı oyun taktikasıdır. Əvvəlcə müdafiəni qurmalısan ki, qələbə hesabını qoruya biləsən”.
Oyun baxımından azarkeşlərin zövqünü oxşamayan paytaxt təmsilçisi əsasən müdafiəyə meylli futbol nümayiş etdirir. İbekoyi buna heç də pis münasibət bəsləmir: “Hər bir məşqçinin oyuna yanaşma, oyunu görmə qabiliyyəti var. Biz müdafiədən oynayırıq və qələbə qazanırıq. Əgər bu xeyrimizədirsə, niyə də bu taktikadan istifadə etməyək? Əslində, biz müdafiəyə meylli futbol oynamırıq. Kənardan belə görünə bilər”.

0
0