“Anji” Mahir Şükürovla bağlı rəsmi mövqeyini açıqladı - EKSKLÜZİV
04.04.2011 - 13:33
Rusiyanın “Anji” klubu Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovla bağlı rəsmi mövqeyini açıqlayıb. Komandanın mətbuat katibi Kayrav Kaqermanov apasport.az saytına açıqlamasında bildirib ki, Şükürov hazırda onlara lazım deyil.
Mahaçqala təmsilçisi bu il heyətində rəsmi oyunda meydana çıxmayan həmyerlimizi komandadan kənarlaşdırıb. Hər halda, 29 yaşlı futbolçunun adı nə klubun əsas, nə də gənclər komandasının heyətinə salınıb.
Düzdür, Rusiya Futbol Premyer Liqasının rəsmi saytında “Anji”nin iştirak ərizəsinə baxsaq, Mahir 40 nömrəli futbolçu kimi göstərildiyini görərik. Elə Kaqermanov da bunu əsas götürür: “Hər halda, əsas iştirak ərizəsidir. Mahirin də adı orada var. O, müqavilə ilə bizim futbolçu olaraq qalır. Sadəcə, Şükürov hələ ki məşqçilər korpusumuza lazım deyil. Mahir həqiqətən də hazırda Azərbaycandadır, orada hazırlıq keçir. Mən bütün bunları məşqçilər korpusumuzla dəqiqləşdirərək, sizə rəsmi məlumat verirəm. Sayta gəlincə, onunla mən məşğul olmadığından, orada Mahirinin adını niyə olmadığını deyə bilmərəm”.
Kaqermanovun sözlərinə görə, Şükürovun “Anji”də gələcək taleyi hələ bilinmir.
Qeyd edək ki, Mahaçqala təmsilçisi Premyer Liqanın növbəti turunda “Tom”la oyuna hazırlıq məqsədilə sabah Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq. Ancaq Mahir həmin heyətdə yer almayacaq.
Mehman SÜLEYMANOV

0
0