“Turan” zirvədə, “İnter” autsayderdir
04.04.2011 - 13:59
“Turan” zirvədə, “İnter” autsayderdir
Azərbaycan Premyer Liqasının final mərhələsinin ən uğurlu komandası Tovuzun “Turan” klubudur. Apasport.az saytının məlumatına görə, Naci Şensoyun yetirmələri “altılıq” oyunlarının hamısında qələbə qazanan yeganə komandadır.

Qərb təmsilçisi hər oyunda cəmi 1 top vursalar da, müdafiədəki etibarlı oyun sayəsində 9 xal qazanıblar. Onlar son 3 görüşdə qol buraxmayan yeganə klub ünvanını da özəlləşdirib.

Ümumilikdə, final mərhələsində keçirilən oyunlara əsasən iki “altılığ”ı birləşdirsək, “Turan”ın ən yaxın izləyicisi “Neftçi”dir. Üçüncü pillədə “Qarabağ”ın olduğunu nəzərə alsaq, bu turnir cədvəli nostalji hissləri oyadır.

Vaxtilə - ötən əsrin 90-cı illərində mükafatlara əsas 3 namizəd olan bu komandalar bütün çempionatların iştirakçılarıdır. Final mərhələsinin autsayderi isə “İnter”dir.

1.

Turan

3

3

0

0

3 - 0

9

2.

Neftçi

3

2

1

0

4 - 1

7

3.

Qarabağ

3

2

0

1

3 - 2

6

4.

AZAL

3

2

0

1

2 - 1

6

5.

Qəbələ

3

1

2

0

4 - 3

5

6.

Muğan

3

1

1

1

4 - 3

4

7.

Simurq

3

1

0

2

2 - 4

3

8.

Xəzər Lənkəran

3

0

2

1

1 - 2

2

9.

Bakı

3

0

2

1

1 - 2

2

10.

MOİK

3

0

2

1

1 - 2

2

11.

Gəncə

3

0

1

2

1 - 3

1

12.

İnter

3

0

1

2

1 - 4

1