Rauf Əliyev: Gözümə qan yığılıb, tam aça bilmirəm
04.04.2011 - 14:26
“Neftçi” ilə oyunda aldığım zədəyə görə bir müddət istirahət etməliyəm. Bu səbəbdən 2-3 gün məşqlərdən kənarda qalacağam”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Rauf Əliyev deyib.
Cari mövsümdə ən çox qol vuran azərbaycanlı futbolçu olan Rauf üçün ötən tur lider “Neftçi” ilə səfər oyunu düşərli olmadı. Belə ki, həm “Qarabağ” 0:2 hesabı ilə uduzaraq çempionluq yolunda xeyli geri düşdü, həm də gənc hücumçu rəqib müdafiəçi İqor Mitreski ilə mübarizədə qayçıvari zərbə vurduğu zaman gözündən xəsarət aldı.
Nəticədə bir müddət həkimlərin köməyindən istifadə edən Əliyev meydana qayıtsa da, riskə getməyən baş məşqçi Qurban Qurbanov onu Vüqar Nadirovla əvəzlədi: “Oyundan dərhal sonra xəstəxanaya getdim. Adi oyun epizodu nəticəsində Mitreskinin butsusu sol gözümə dəymişdi və ora torpaq hissəcikləri yığılmışdı. Düzdür, həkimimiz hələ oyunun gedişində təmizləsə də, bunu tam etmək mümkün deyildi. Xəstəxanada mənə lazımı köməyi göstərdilər. Yazılan dərmanlarla müalicə olunmalıyam. Mənə məsləhət gördülər ki, 2-3 gün istirahət edim. Düzdür, zədə ağır olmadığından, ciddi təhlükə yoxdur. Sadəcə, ora bir az qan yığılıb. Gözüm sulandığından, tam aça bilmirəm ki, bu da narahatçılıq yaradır. Ancaq dərmanlarla, sarğılarla bu, aradan qaldırılacaq”.
Rauf “Xəzər Lənkəran”la səfərdəki son oyunda (2:1) etdiyi dublla qələbədə əsas pay sahibi olmuşdu. “Qarabağ” növbəti turda bu rəqiblə görüşəcək ki, millimizin də üzvü olan hücumçunun həmin oyunda yeri görünəcək: “Əlbəttə, “Xəzər Lənkəran”la oyunda meydana çıxmaq istərdim. Ancaq indiki vəziyyətdə oynayacağım dəqiq bilinmir. Buna 2-3 günlük istirahətdən sonra tam aydınlıq gələcək. Hər şey qaydasında olsa, “Xəzər Lənkəran”la vacib oyunda komandama kömək etməyi çox istəyirəm”.
“Neftçi” ilə oyuna da toxunan Rauf qələbə müqabilində çempionluq şanslarının çox artacağını düşünürdü. Ancaq məğlubiyyət onun inamını azaldıb: “Artıq “Neftçi” ilə xal fərqimiz 7-dir və indiki vəziyyətdə bizim üçün çempionluq çətin görünür. Ancaq istənilən halda, ümidimizi itirməməliyik. Qarşıda 7 tur var və çempionluq olmaq üçün bu fərqi aradan qaldırmalıyıq. Qalan oyunlarımızın hər birində qalib gəlib, “Neftçi”nin xal itirməsini gözləməliyik. Qələbə seriyamızı 10-a çatdırmaq istəyirdik. Ancaq həmin gün oyunumuz istədiyimiz kimi alınmadı, öz səhvlərimiz oldu”.
Mehman SÜLEYMANOV

0
0