Belə ki, Azərbaycan Premyer Liqasının final mərhələsinin oyunlarında özlərini necə göstərdiklərinə baxdıqda, bu 28 futbolçudan 26-sı haqda müəyyən fikir söyləmək olar. Digər 2 oyunçu həmin müddətdə Rusiya Premyer Liqasında və çempionatımızın aşağı dəstəsində olduğundan həmin yarışların da son 3 turuna nəzər salaq.
Rəşad Sadıqov, Elnur Allahverdiyev, Ruslan Abışov, Aleksandr Çertoqanov, Vladimir Levin, Vurğun Hüseynov, Rail Məlikov son 3 matçın hamısında əvəzolunmadan meydanda olublar. Bu 7 futbolçunun üst-üstə 4 sarı vərəqə ilə cəzalanması isə sırf intizam məsələsidir. Həm də bunlardan 3-ü klubunda, 1-i yığmada kapitandır.
Daha 8 oyunçu 3 tur meydana çıxanlardır ki, onlardan birinin – Elvin Məmmədovun cəmi 21 dəqiqə iş başında olması Foqtsun diqqətindən yayınıb. Hərəyə 2 dəfə meydana çıxanlardan isə Cavid Hüseynovun vur-tut 31 dəqiqə top qovması da göz qabağındadır.
Digər 6 futbolçunun personası isə diqqət çəkir. Zədə və ya digər səbəblərdən heyətə düşməkdə əziyyət çəkən Saşa Yunisoğlu ilə Maksim Medvedevin demək olar oyun praktikası yoxdur. Onlar son 3 turda cəmi 1 dəfə şans qazanıb. Maksim yalnız son turda iş başında olubsa, Saşa 23-cü turdan sonra istirahət edir. Yeri gəlmişkən, Maksimin olmadığı vaxtda oynayıb, onun gəlişi ilə əsas heyətdən uzaq düşən Qara Qarayev də seçilənlər sırasındadır.
İstirahətdən söz düşmüşkən, neçə vaxtdır meydanlardan kənarda qalıb, “yatan” oyunçular da yığmaya çağırılıb. Bunlardan biri “Anji”ylə “Neftçi” arasında qalan Mahir Şükürovdur. Heç olmasa, yığmada forma geyinən və oyun praktikasının yoxluğunu aşkar hiss etdirən Şükürovdan fərqli, Fərhad Vəliyevlə Amit Quluzadə uzun müddətdir meydanlara həsrətdir. Vəliyev fevralda son oyuna çıxıbsa, Amit ötən il noyabrın 28-dən sonra heç “18-liy”ə də düşmür.
“Yata-yata” yığmaya düşən bu oyunçularla müqayisədə “Abşeron”un qolkiperi Andrey Popoviçin problemi başqadır. O, son 3 turdan 2-ni yığmanın düşərgəsində olduğundan boşa verib, son matçda isə əsas heyətə qayıdıb.
Yığma oyunçuları son 3 turda
Futbolçu - klubu | oyun | dəqiqə | qol | sarı | qırmızı |
Rəşad Sadıqov – «Qarabağ» | 3 | 270 | - | 1 | - |
Vladimir Levin – «İnter» | 3 | 270 | - | - | - |
Vurğun Hüseynov – «Turan» | 3 | 270 | - | - | - |
Rail Məlikov – «Neftçi» | 3 | 270 | - | 1 | - |
Elnur Allahverdiyev – «Xəzər Lənkəran» | 3 | 270 | - | 1 | - |
Ruslan Abışov – «Neftçi» | 3 | 270 | - | - | - |
Aleksandr Çertoqanov – «İnter» | 3 | 270 | - | 1 | - |
Rauf Əliyev – «Qarabağ» | 3 | 239 | 1 | - | - |
Rahid Əmirquliyev – «Xəzər Lənkəran» | 3 | 225 | - | - | - |
Vüqar Nadirov – «Qarabağ» | 3 | 220 | - | - | - |
Arif İsayev – «Qəbələ» | 3 | 190 | - | - | - |
Vaqif Cavadov – «Bakı» | 3 | 184 | - | - | - |
Samir Abasov – «Qarabağ» | 3 | 155 | - | - | - |
Araz Abdullayev – «Neftçi» | 3 | 147 | - | - | - |
Elvin Məmmədov – «Qarabağ» | 3 | 21 | - | - | - |
Kamran Ağayev – «Xəzər Lənkəran» | 2 | 180 | -1 | 1 | - |
Cəmşid Məhərrəmov – «Bakı» | 2 | 180 | - | 1 | - |
Qara Qarayev – «Qarabağ» | 2 | 180 | - | - | - |
Murad Hüseynov – «Qəbələ» | 2 | 180 | 2 | - | - |
Əfran İsmayılov – «Qarabağ» | 2 | 160 | - | 2 | - |
Elnur Abdullayev – «Xəzər Lənkəran» | 2 | 152 | - | - | - |
Cavid Hüseynov – «Neftçi» | 2 | 31 | - | - | - |
Saşa Yunisoğlu – «Qəbələ» | 1 | 90 | - | - | - |
Maksim Medvedev – «Qarabağ» | 1 | 90 | - | 1 | - |
Fərhad Vəliyev – «Qarabağ» | - | - | - | - | - |
Andriy Popoviç – «Abşeron» | 1 | 90 | - | - | - |
Mahir Şükürov – klubsuz | - | - | - | - | - |
Amit Quluzadə – «Neftçi» | - | - | - | - | - |