İngiltərə qarşıdurması, nəhənglərin asan sınağı, almanların qisası
04.04.2011 - 15:12
Sabah Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçiləri “Real”la “Barselona” yarımfinala çıxmaq şanslarını evdəki ilk oyunlarda böyük ölçüdə həll etməlidirlər.
Hər halda, “Tottenhem” və “Şaxtyor”la görüşlərdə aşkar favorit olan ispanların qələbə şansları daha çoxdur. Düzdür, onu da unutmayaq ki, bu komandalar ötən mərhələdə italyanları – müvafiq olaraq “Milan” və “Roma” kimi güclü rəqibləri mübarizədən kənarlaşdırıb.
Sözsüz ki, 1/4 finalda ən maraqlı cütü “Çelsi” – Mançester Yunayted” təşkil edir. 2008-ci ildə ÇL-nin finalında görüşən Britaniya nəhəngləri münasibətlərini bu dəfə daha erkən ayırd edəcəklər. Ölkə daxili yarışlarda prinsipial rəqiblər sayılan komandalar Avropanın ən nüfuzlu turnirində də kimin güclü olduğunu müəyyənləşdirəcəklər.
“İnter”lə “Şalke”nin görüşü bu ölkələrin ÇL-də yeganə təmsilçilərinin dueli kimi maraq doğurur. Özü də turnirin son qalibi olan “İnter” finalda yendiyi “Bavariya”nı bu dəfə də üstələdiyindən, indi “Şalke” almanların qisasını milanlılardan çıxmalıdır.
5 aprel
“Real” (İspaniya) – “Tottenhem” (İngiltərə)
“İnter” (İtaliya) – “Şalke” (Almaniya)
6 aprel
“Çelsi” (İngiltərə) – “Mançester Yunayted” (İngiltərə)
“Barselona” (İspaniya) – “Şaxtyor” (Ukrayna)
Qeyd edək ki, oyunlar Bakı vaxtilə saat 23:45-də başlayacaq.

0
0