Qana yığmasının qapıçısı: Azərbaycanda ilimə 200 min avro verirdilər
04.04.2011 - 15:39
Qana milli komandasının qapıçısı Uilyam Amamo karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Apasport.az saytının məlumatına görə, İsraildə Petak-Tikvanın “Hapoel” klubunun şərəfini qoruyan 26 yaşlı afrikalı karyerasında dəyişikliklər etmək niyyətindədir.
Amamo İsveçdə yaşayan ailəsinin yanında olmaq üçün klub rəhbərliyindən onu icarəyə verməyi xahiş edib. Növbəti 4 ay müddətində “Yonçepinq” klubunda çıxış edəcək afrikalı başqa variantların da mövcudluğunu açıqlayıb: “Mənim üçün maliyyə məsələləri vacib deyil. Bir Azərbaycan klubu ilimə 200 min avro təklif edirdi. Bundan başqa, Maltadan da dəvət almışdım. Lakin yay fasiləsinədək olan vaxtımı ailəmin yanında keçirməyə qərar verdim”.
Qeyd edək ki, Amamo 2008-ci ildə debüt etdiyi Qana yığmasında 3 oyun keçirib.

0
0