“Yığmaya çağırılmağım bir qədər gözlənilməz oldu”
04.04.2011 - 16:41
“Millidə çıxış etmək hər bir futbolçu üçün şərəfdir. Düzdür, dəvət mənim üçün bir qədər gözlənilməz oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.
Azərbaycan millisi aprelin 11-dən 14-dək Bakıda növbəti təlim-məşq toplanışı keçirəcək. Berti Foqtsun bu gün hazırlığa 28 futbolçu dəvət edib. Bu futbolçular arasında isə debütant Qara Qarayev də var.
19 yaşlı müdafiəçi Ağdam klubunun rəsmi saytına verdiyi açıqlamada ən böyük arzusunun yığmada oynamaq olduğunu bildirib: “Toplanış hazırlıq xarakteri daşıyır. Amma orada “Qarabağ”dan başqa komanda yoldaşlarımın olduğu üçün özümü yad hiss etməyəcəyəm. Təbii ki, ən böyük arzum gələcəkdə millidə daim çıxış etməkdir”.
Qeyd edək ki, Berti Foqts Qarayevdən başqa, “Qarabağ”ın daha 8 futbolçusuna etimad göstərib. Fərhad Vəliyev, Rəşad Sadıqov, Elvin Məmmədov, Vüqar Nadirov, Rauf Əliyevlə yanaşı, zədə üzündən kənarda qalan Samir Abasov, Maksim Medvedev, Əfran İsmayılov da yenidən millinin düşərgəsinə yollanacaq.

0
0