Ramiz Məmmədov 2-ci məğlubiyyətini aldı
04.04.2011 - 16:56
Ramiz Məmmədov 2-ci məğlubiyyətini aldı
Qazaxıstan çempionatının V turu həmyerlimiz Ramiz Məmmədovun baş məşqçisi olduğu “Atırau” klubu üçün uğursuz olub. Apasport.az saytının məlumatına görə, Məmmədovun yetirmələri bu gün səfərdə “Kaysar”a 0:1 hesabı ilə uduzublar.

Bununla, cari mövsümdə 2-ci məğlubiyyətini alan “Atırau” artıq 3 oyundur qələbə üzünə həsrət qalıb. Komanda cari mövsümdə ilk məğlubiyyətini debütdə səfərdə “Aktobe”dən alıb – 0:2.

Qeyd edək ki, 5 oyundan sonra 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan “Atırau” növbəti turda aprelin 8-də “Jetısu”nun qonağı olacaq.