“İnter” Kandelakini də itirdi
04.04.2011 - 23:04
“İnter” Kandelakini də itirdi
AZAL-a yenilən "İnter" 3 xalla yanaşı, bir futbolçusunu da itirib. Apasport.az saytının xəbərinə görə, qarşılaşmanın gedişində İlia Kandelaki zədə alıb.

Zədəsi ağır olan gürcü futbolçu stadionu təcili tibbi yardım maşınında tərk edib. Xəstəxanaya aparılan Kandelaki tibbi yardım aldıqdan sonra oyunun sonlarına yaxın "Şəfa" stadionuna qayıdıb.

Müayinə zamanı gürcü futbolçunun bel nahiyəsindən ağır zədə aldığı müəyyənləşib. Onun bir müddət yaşıl meydanlardan kənarda qalacağı deyilir.