“Əgər bu şərhim bəzilərini incidibsə, üzr istəyirəm” - FOTO
04.04.2011 - 23:08
“Əgər bu şərhim bəzilərini incidibsə, üzr istəyirəm” - FOTO
"Barselona" prezidenti Sandro Roselll "Real"dan üzr istəyib. Apasport.az saytının xəbərinə görə, bunun səbəbi isə prezidentin bir neçə gün öncə işlətdiyi ifadələr olub.

Belə ki, Rosell mətbuata açıqlamasında "Kral kuboku"nun finalında "Real"ı 5:0 məğlub edəcəklərini demiş, bununla komandanın zəif olduğunu göstərməyə çalışmışdı.

47 yaşlı idarəçi həmin ifadə ilə məqsədini aşdığını söyləyib: "Məqsədim heç kimi incitmək deyildi. "Barsa" təvazökar, qardaşlıq və çalışqanlıq üstündə qurulmuş komandadı. Əgər bu şərhim bəzilərini incidibsə, üzr istəyirəm".