Azərbaycan yığması ilə oyunu izlə, Kiyev “Dinamo”suna keç!
05.04.2011 - 09:01
Azərbaycan yığması ilə oyunu izlə, Kiyev “Dinamo”suna keç!
Makedoniya yığmasının futbolçusu Qoran Popov Azərbaycan milli komandası ilə oyunu yada salıb. Apasport.az saytının məlumatına görə, müdafiəçi Kiyev “Dinamo”suna keçidini menecerlərin onu yığmamızla Avstriyada yoldaşlıq görüşündə izlədiklərinin nəticəsi sayır. Popovun sözlərinə görə, Ukraynanın digər titullu klubu “Şaxtyor” da onu istəsə də, telefon zənginə önəm verməyib: “Yadımdadır, mən Makedoniya yığmasının heyətində Azərbaycan və Rumıniya ilə oyunlarda iştirak etdiyim zamanı “Dinamo”nun skautları və Berislav oyunumu izləməyə gəlmişdi. “Şaxtyor”un seleksiyaçıları isə yalnız baş məşqçimə zəng etdi, məni soruşublar. “Dinamo”nun nümayəndələri gəldiyini, mənimlə şəxsən danışdıqlarını anladığım zamanı keçidin detallarını müzakirə etdik və mən razılığımı verdim”.

Qeyd edək ki, Popovon ötən ilin mayın 29-da millimizlə 90 dəqiqə oynadığı yoldaşlıq görüşü makedoniyalıların 3:1 hesablı qələbəsi ilə nəticələnib.