İlham Yadullayev həm oynayır, həm də məşqçilik edir - FOTO
05.04.2011 - 10:22
Azərbaycan milli komandasının sabiq futbolçusu İlham Yadullayev məşqçiliyə başlayıb. Apasport.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçinin rəhbərliyi altında Bakının Xətai rayonunda elit-məşq üzrə ikinci məntəqədə məşqlər keçirilir. Bu, “Sərin” otelinin meydançasında keçirilən hazırlıqdan ibarətdir. AFFA ölkəmizdə futbolun kütləviliyinin təmin olunması və istedadlı uşaqların üzə çıxarılması üçün lazımi şəraitin yaradılması məqsədilə elit-məşq layihəsinin tətbiqini davam etdirir.
Maraqlıdır ki, İlham futbolçu karyerasını rəsmən bitirməyib. Hər halda, o, indi də I divizion təmsilçisi “Bakılı” klubunun heyətində oynayır. Yadullayev ötən tur aprelin 3-də “MKT-Araz”la evdə 0:2 hesabı ilə uduzduqları oyunda 90 dəqiqə meydanda olub.
Mənbə: affa.az

- Van Qal “Ayaks”dan ayrıldı: Klub rəsmən açıqladı
- “Qalatasaray”ın türkiyəli futbolçusu Şimali Makedoniya millisini seçdi
- "Siti"dən 135 milyon avroluq transfer - RƏSMİ
- “Aston Villa”dan transfer planı: La Liqa klubunun futbolçusunu istəyir
- “Fənərbaxça”da ayrılıq ehtimalı: Bundesliqa klubları hücumçunu istəyir
0
0